Bank Of Baku

İqdır bələdiyyə başqanı Nurəddin Aras: “Xocalı soyqırımının ildönümü ilə bağlı Avropanın göbəyində bütün dünyaya səs salacaq aksiya keçirəcəyik”

İqdır bələdiyyə başqanı Nurəddin Aras: “Xocalı soyqırımının ildönümü ilə bağlı Avropanın göbəyində bütün dünyaya səs salacaq aksiya keçirəcəyik”
# 02 fevral 2007 08:54 (UTC +04:00)
Bu barədə APA-ya tədbirin təşkilatçısı, İqdır bələdiyyəsinin rəhbəri Nurəddin Aras məlumat verib. O, tədbirə hazırlıq işlərinin artıq başa çatdığını, Xocalı soyqırımının ildönümü mərasimlərinə Hollandiyada yaşayan bütün azərbaycanlıların dəvət olunacağını deyib. “Təkcə Haaqada İqdırdan köçmüş 1245 ailə yaşayır. Bu, təqribən 5000 - 6000 İqdır kökənli Azərbaycan türkü deməkdir. Bundan başqa, Hollandiyanın digər şəhərlərində, o cümlədən Eyndhovendə çoxlu sayda İqdır azərbaycanlısı yaşayır. Onların hamısını tanıyırıq, əlaqələrimiz var, iqdırlıların hamısının Avropanın göbəyində ilk dəfə keçiriləcək Xocalı soyqırımını anma mərasiminə dəvət etmişik. Haaqanın bütün küçələrini erməni vəhşiliyini göstərən şəkillər, plakatlar, şüarlarla bəzəyəcəyik”. N.Aras bütün dünyaya səs salacaq səviyyədə tədbir keçiriləcəyini, ermənilərin iç üzünün faş edilərək beynəlxalq ictimaiyyətə çatdırılacağını deyib. O, Azərbaycandan hökumət üzvlərinin, parlament rəhbərliyi və millət vəkillərinin bu aksiyada iştirtakını arzu etdiyini söyləyib. İqdır bələdiyyəsi artıq aksiyada iştirak üçün dəvətnamələri, iştirakçılara paylanacaq kitab və broşüraların çapını başa çatdırıb. Xüsusi dəvətnamə formasında hazırlanan “Xocalı soyqırımı” adlı broşürada erməni vəhşiliyini əks etdirən materiallar, tarixi faktlar öz əksini tapıb. Qeyd edək ki, Haaqada keçiriləcək “Xocalı soyqırımı” adlı konfrans6 saat davam edəcək. Protokol çıxışları ilə başlayacaq konfransın əvvəlində Xocalı soyqırımından bəhs edən filmin nümayişi olacaq. Daha sonra professor Ənvər Konukçunun sədrliyi ilə işə başlayacaq konfransda sabiq fövqəladə və səlahiyyətli səfir, erməni terrorzimi mövzusunda 20-dən artıq kitabın, o cümlədən “Şəhid diplomatlarımız” kitabının müəllifi Bilal Şimşir “Azərbaycanın yenidən müstəqillik qazanması və ermənilər” mövzusunda çıxış edəcək. Konfransın ilk bölümündə həmçinin istefada olan ordu generalı Necati Özgenin “Ermənilərn xarici siyasəti, Qarabağın işğalı və Xocalı soyqırımı”, millət vəkili Yaqub Məmmədovun “Böyük Ermənistan” uydurması. Terror, soyqırımı və hücum ideologiyası”, professor Kərim Şükürovun “Ermənilərin Cənubi Qafqaza köçürülməsi”, tədqiqatçı Yalçın Sarıkayanın “Ənənəvi erməni terror siyasəti: terrorçuluğu milliləşdirmək və Xocalı soyqırımı” mövzusunda çıxışları nəzərdə tutulur. Millət vəkili, tarixçi Yaqub Məmmədovun sədrliyi ilə keçəcək konfransın ikinci hissəsi professor Ənvər Konukçu “Xocalı soyqırımının Türkiyədən görünüşü” adlı məruzəsinin dinlənilməsi ilə başlayacaq. Bundan başqa konfransın proqramına professor Osman Mətin Öztürkün “Böyük Ermənistan idealı və Xocalı soyqırımı”, professor Həvva Məmmədovanın “Erməni vandalizmi, Xocalı soyqırımı”, tədqiqatçı Arslantürk Akyıldızın “Erməni saldırğanlığı və kültür terroru”, Səfa Yörüəlin “Qarabağ soyqırımında diqqət yetirilməsi vacib olan strateji” mövzularında çıxışları daxildir. Çıxışlardan sonra konfrans sualların verilməsi ilə davam edəcək. Altı saatlıq konfransın sonunda iştirakçılara Xocalı soyqırımını əks etdirən kitab, broşüra və CD-lər paylanacaq. Konfransın işini Azərbaycan və Türkiyənin aparıcı kütləvi informasiya vasitələri, o cümlədən Avropanın aparıcı telekanal və qəzetlərinin nümayəndələri işıqlandıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR