Bank Of Baku

Litvanın baş naziri Azərbaycan icmasının üzvləri ilə görüşüb

Litvanın baş naziri Azərbaycan icmasının üzvləri ilə görüşüb
# 02 fevral 2007 14:54 (UTC +04:00)
Litvanın baş naziri Gediminas Kirkilas Litva Hökuməti nəzdində fəaliyyət göstərən Milli İcmalar Şurasının üzvləri ilə görüşmək və birgə müşavirdə iştirak etmək məqsədi ilə Vilnüsdə yerləşən Milli İcmalar Evində olub. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baş nazir görüş zamanı Litva-Azərbaycan mədəniyyətlərarası dialoqunun genişləndirilməsi məsələsinə toxunaraq bunun əhəmiyyətindən danışıb. Görüşdə Litva ilə Azərbaycan arasında ictimai, mədəni əlaqələrin inkişafı ilə bağlı hökumətlərarası danışıqlar prosesinə və qarşılıqlı mədəni tədbirlərin təşkil olunmasına Litva Azərbaycanlıları Cəmiyyətinin də qoşulması qərara alınıb. Cəmiyyətin sədri Mahir Həmzəyev 2007-ci ildə həyata keçirilməsi nəzərdə tutulan “Litva-Azərbaycan mədəniyyətlərarası dialoqu” layihəsini baş nazirə təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR