Bank Of Baku

“Azadlıq” bloku Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

“Azadlıq” bloku Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək
# 06 fevral 2007 14:05 (UTC +04:00)
“Azadlıq” bloku yanvarın 26-na təyin etdiyi mitinqi sanksiyalaşdırmadığı üçün Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək. Bu barədə APA-ya AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, blokun hüquqşünasları məhkəməyə müraciətlə bağlı hazırda iddia ərizəsi hazırlayırlar. H. Kərimov bildirib ki, iddia ərizəsində şəhər rəhbərliyinin Konstitusiyaya zidd qərar qəbul etdiyi göstəriləcək və buna görə də müvafiq cəzanın təyin olunması tələb olunacaq. Sədr müavini onu da qeyd edib ki, blok ötən ilin sonlarına təyin etdiyi üç aksiyaya icazə vermədiyi üçün Bakı şəhər İH-i ilə bağlı apardığı məhkəmə işini davam etdirir. O, hazırda bu mitinqlərlə bağlı məsələnin Ali Məhkəmədə olduğunu və növbəti instansiya kimi Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR