Bank Of Baku

YAP Gənclər Birliyinin rəhbərliyi Karpat vilayətində keçirilən beynəlxalq konfransda iştirak ediblər

YAP Gənclər Birliyinin rəhbərliyi Karpat vilayətində keçirilən beynəlxalq konfransda iştirak ediblər
# 06 fevral 2007 14:05 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Zaur Adıgözəlov və birliyin beynəlxalq şöbəsinin müdiri Ramin Məmmədov Ukrayna Regionlar Partiyası Gənclər Təşkilatının dəvəti ilə Karpat vilayətində keçirilən beynəlxalq konfransda iştirak ediblər. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. YAP-çı gənclər konfransda birliyin həyata keçirdiyi tədbirlər, o cümlədən, beynəlxalq əlaqələr sahəsində nəzərdə tutulan layihələrlə bağlı konfrans iştirakçılarına məlumat veriblər. Konfransda Heydər Əliyev Fondunun Qarabağ həqiqətlərinə aid hazırladığı materiallar paylanılıb. Gənclər Birliyinin nümayəndələri Ukrayna, Rusiya, Belorus, Moldovanın hakim partiyalarının gənclər təşkilatlarının rəhbərləri ilə əməkdaşlıq mövzusunda müzakirələr aparıblar. Onlar həmçinin, Lvov şəhərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətinin nümayəndələri və Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevlə görüşüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR