Bank Of Baku

Müsavat Partiyası müxalifət qüvvələrinə yenidən müraciət edəcək

Müsavat Partiyası müxalifət qüvvələrinə yenidən müraciət edəcək
# 06 fevral 2007 14:36 (UTC +04:00)
Müsavat Partiyası fevralın 18-nə təyin etdiyi yürüş-mitinqlə bağlı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara müraciət edəcək. Bu barədə APA-ya partiya başqanının müavini Mehman Cavadoğlu məlumat verib. Onun sözlərinə görə, bəzi partiyaların ötən aksiya ilə bağlı müraciətlərə mənfi cavab verməsinə baxmayaraq, Müsavat onlara yenidən müraciət ünvanlamaqda qərarlıdır. M. Cavadoğlu aksiya ilə bağlı hazırda hər hansı partiya ilə danışıqların aparılmadığını, amma ehtiyac yaranacağı halda bu prosesin də başlayacağını qeyd edib: “Bizim təyin etdiyimiz aksiya Müsavatın siyasi tələbləri ilə bağlı deyil bütün təbəqələrin sosial tələbləri ilə bağlıdır. Ona görə də hesab edirik ki, bu məsələdə bütün partiyaların birgə aksiya keçirməsinə ehtiyac var”. M. Cavadoğlu onu da qeyd edib ki, Bakı şəhər İcra Hakimiyyəti hələlik partiyanın mitinqlə bağlı müraciətinə cavab verməyib. Qeyd edək ki, partiya aksiyanı Həzi Aslanov metrostansiyasından yürüşlə başlayıb “Ukrayna” meydanında mitinqlə davam etdirmək niyyətindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR