Bank Of Baku

Azərbaycan nümayəndə heyəti sabah Pakistanın baş naziri ilə görüşəcək

Azərbaycan nümayəndə heyəti sabah Pakistanın baş naziri ilə görüşəcək
# 06 fevral 2007 15:24 (UTC +04:00)
İslamabadda keçirilən Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının 4-cü iclasında iştirak edən nümayəndə heyəti sabah Pakistanın baş naziri Şövkət Əziz ilə görüşəcək. Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyinin müşaviri Sabir Rzayev məlumat verib. Onun sözlərinə görə, bu gün başlanmış iclasda texniki müzakirələr davam etdirilib, ikitərəfli ticarət məsələləri nəzərdən keçirilib, nəqliyyat, enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları, mədəniyyət, turizm, təhsil, sərmayə və kiçik sahibkarlıq sahəsində iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Sabah komissiyanın həmsədrləri - Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və Pakistanın neft və təbii sərvətlər naziri Əmənulla Xan Cadun iclasın yekun protokolunu imzalayacaqlar. Qeyd edək ki, iclasda təhsil naziri Misir Mərdanov, müdafiə sənayesi naziri Yavər Camalov və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iştirak edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR