Bank Of Baku

YAP ATƏT-in Minsk Qrupu həmsədrlərinə etiraz məktubu göndərib

YAP ATƏT-in Minsk Qrupu həmsədrlərinə etiraz məktubu göndərib
# 06 fevral 2007 15:30 (UTC +04:00)
Bu barədə APA-ya YAP-ın mətbuat xidmətindən məlumat verilib. Məktubda qeyd olunub ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edərək beynəlxalq hüququn norma və prinsiplərini pozan təcavüzkar Ermənistan cəzasızlıq mühitindən istifadə edərək Azərbaycana qarşı ardıcıl təxribatlar törədir: “Ermənistan hökumətinin Azərbaycanın Şuşa şəhərinin işğal edilməsinin 15 illiyi ilə əlaqədar Yerevanda abidə ucaltmaq barədə verdiyi qərar Ermənistan hakimiyyətinin ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarına növbəti zərbəsi sayıla bilər. Bu, bir tərəfdən həmin işğalda bu ölkənin birbaşa iştirakını sübut edir, digər tərəfdən ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistan tərəfinin destruktiv və qeyri-səmimi olduğunu nümayiş etdirir. Erməni tərəfinin işğal faktına abidə qoyması nəinki heç bir beynəlxalq, həm də adi etik və insani normalara sığmır”.
YAP məktubda həmsədrləri Ermənistanın törətdiyi növbəti fitnəkarlığın qarşısını almağa çağırır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR