Bank Of Baku

ABŞ gələn il Azərbaycana Ermənistandan 38 faiz artıq yardım ayıracaq, Dağlıq Qarabağa isə xüsusi yardım nəzərdə tutulmayıb

ABŞ gələn il Azərbaycana Ermənistandan 38 faiz artıq yardım ayıracaq, Dağlıq Qarabağa isə xüsusi yardım nəzərdə tutulmayıb
# 06 fevral 2007 15:39 (UTC +04:00)
APA-nın məlumatına görə, əvvəlki illərdən fərqli olaraq 2008-ci ildə işğal altında olan Azərbaycan torpaqlarında fəaliyyət göstərən “Dağlıq Qarabağ Respublikası”na xüsusi yardım nəzərdə tutulmayıb. 2006-cı ildə ABŞ Ermənistana 69 milyon dollar əvəzsiz yardım göstərsə də, gələn il bu rəqəm 35 milyon dollaradək azaldılacaq. Ağ Ev Ermənistana xarici hərbi qüvvələrin və beynəlxalq treninqlərin maliyyələşdirilməsi kateqoriyasında yardımı minimuma endirib. Büdcə layihəsinə əsasən, bu il Ermənistana xarici hərbi qüvvələrə yardım çərçivəsində 3 milyon dollar, yəni bir il əvvəlki vəsaitdən 30 faiz az yardım ayıracaq. Azərbaycana bu kateqoriya üzrə 4,3 milyon dollar vəsait ayrılması nəzərdə tutulur. Ermənistana beynəlxalq treninq və təlimlərdə iştirak üçün ayrılan vəsaitin miqdarı isə 64 faiz azaldılaraq 300 min dollar təşkil edəcək. Ötən il bu məqsəd üçün 823 min dollar yardım alan Azərbaycana isə 2008-ci ildə beynəlxalq təlim və treninqlərdə iştirak üçün 1 milyon dollar yardım ediləcək. Bununla da ABŞ gələn il Ermənistana nisbətən Azərbaycana 38 faiz artıq hərbi yardım ayıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR