Bank Of Baku

Avropa Şurası Nazirlər Komitəsi sabah Qənirə Paşayeva və Rafael Hüseynovun altı sorğusunu müzakirə edəcək

Avropa Şurası Nazirlər Komitəsi sabah Qənirə Paşayeva və Rafael Hüseynovun altı sorğusunu müzakirə edəcək
# 06 fevral 2007 15:46 (UTC +04:00)
Sabah Avropa Şurası Nazirlər Komitəsinin daimi nümayəndələr səviyyəsində keçiriləcək 986-cı iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın beş, Rafael Hüseynovun isə bir sorğusuna baxılacaq. APA-nın Avropa bürosunun məlumatına görə, Rafael Hüseynovun təqdim etdiyi sorğu “Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və mədəni irsinə yeni təhlükələri” adlanır. Qənirə Paşayevanın sorğuları isə Nazirlər Kabinetinə “Ermənistan rəhbərliyinin əməllərinin Azərbaycan-Ermənistan danışıqlarına xələl gətirməsi”, “Xarici şirkətlərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-leqal fəaliyyəti”, “Ermənistanda “Şuşanın azad olunmasına” həsr olunmuş abidənin ucaldılması”, “Xocalı soyqırımının növbəti ildönümü” və “Avropada Silahlı Qüvvələr haqqında Konvensiyanın Ermənistan tərəfindən kobud şəkildə pozulması” adı altında daxil olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR