Bank Of Baku

Oqtay Əsədov: “Azərbaycan-ABŞ əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib”

Oqtay Əsədov: “Azərbaycan-ABŞ əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib”
# 06 fevral 2007 16:09 (UTC +04:00)
Milli Məclisin (MM) sədri Oqtay Əsədov bu gün ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım məsələləri üzrə əlaqələndiricisi Tomas Adamsın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MM-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O.Əsədov iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini bildirib: “Bu gün Azərbaycan terrorçuluğa qarşı mübarizə koalisiyasının üzvü kimi Kosovoda, Əfqanıstanda və İraqda təhlükəsizliyin möhkəmləndirilməsində yaxından iştirak edir”. ABŞ prezidentinin “907-ci düzəlişi” müvəqqəti dayandırmasını yüksək qiymətləndirən spiker, bu düzəlişin tam ləğvinin münasibətlərin inkişafına böyük təkan verəcəyini vurğulayıb: “Bu gün ölkələrimiz enerji hasilatında, regional iqtisadi layihələrin reallaşmasında fəal əməkdaşlıq edir. Qeyri-neft sektorunda da sərmayə qoyuluşu üçün geniş imkanlar var. Azərbaycan tərəfi ABŞ-ın Beynəlxalq İnkişaf, Ticarət və İnkişaf agentliklərinin respublikamızdakı fəaliyyətini yüksək qiymətləndirir”.
T.Adamsın təmsil etdiyi ölkənin müxtəlif sahələrində Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini bildirib: “Təkcə energetika sahəsində deyil, qeyri-neft sektorunda, mədəni, humanitar sahələrdə də əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar var”.
Görüş zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsi, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi, regional münaqişələrin həlli yolları, əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR