Bank Of Baku

Dörd partiyanın Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinə qoşulması ilə bağlı danışıqlar aparılır

Dörd partiyanın Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinə qoşulması ilə bağlı danışıqlar aparılır
# 06 fevral 2007 16:22 (UTC +04:00)
Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinə (MSƏM) 4 partiyanın qoşulması ilə bağlı danışıqlar aparılır. Bu barədə APA-ya mərkəzin üzvü olan AMİP-in sədri Ayaz Rüstəmov məlumat verib. Onun sözlərinə görə, prosesin yaxın günlərdə yekunlaşması və tərəflər arasında sazişin imzalanması nəzərdə tutulub. Mərkəzə daxil olacaq partiyaların adlarını əvvəlcədən açıqlamaq niyyətində olmadığını bildirən A. Rüstəmov danışıqların özü tərəfindən aparıldığını qeyd edib. MSƏM-in siyasi proseslərdə aktiv iştirak etməməsi və fəaliyyətini dayandıracağı ilə bağlı məlumatlara gəldikdə, A. Rüstəmov bunun doğru olmadığını söyləyib: “Mərkəz fəaliyyətini dayandırmaq niyyətində deyil. Fəaliyyətimizdəki passivlik isə təkcə bizim problemimiz deyil. Bununla bağlı biz AMİP-in Siyasi Şurasında da müzakirə apardıq və bu passivliyin ümumilikdə müxalifət düşərgəsinə aid olduğu qənaətinə gəldik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR