Bank Of Baku

Gürcüstanın ədliyyə naziri Azərbaycana səfərə gələcək

Gürcüstanın ədliyyə naziri Azərbaycana səfərə gələcək
# 07 fevral 2007 07:54 (UTC +04:00)
Gürcüstanın ədliyyə naziri Giya Kaftaradze fevralın 8-də Azərbaycana rəsmi səfərə gələcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, səfər Azərbaycan ədliyyə nazirinin dəvəti ilə gerçəkləşəcək. G. Kaftaradzenin başçılıq edəcəyi nümayəndə heyətində nazir müavini Givi Mikanadze və Məhkəmə Ekspertizası üzrə Milli Büronun rəhbəri Mamuka Mamaladze də olacaq. Bir günlük səfər zamanı qonaqlar Azərbaycanın ədliyyə naziri, baş prokuroru və Ali Məhkəmənin sədri ilə görüşəcəklər. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək. İki ölkənin ədliyyə nazirlikləri arasında 2007-ci ildə əməkdaşlığa dair saziş imzalanması da gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR