Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfəri başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana səfəri başlayıb
# 07 fevral 2007 08:21 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis hava limanında prezident İlham Əliyevi Gürcüstanın baş naziri Zurab Noğaydeli qarşılayıb. Səfərlə bağlı jurnalistlərə heç bir şərh verilməyib. Günün ilk yarısında Gürcüstan parlamentinin binasında iki ölkənin dövlət başçılarının görüşü planlaşdırılır. Səfər proqramına əsasən, görüş başa çatdıqdan sonra hər iki dövlət başçısı Kürün sağ sahilində Heydər Əliyevin şərəfinə qoyulmuş memorial lövhənin açılış mərasiminə qatılacaqlar. Mərasim Azərbaycan və Gürcüstan bədii kollektivlərinin çıxışları ilə başa çatacaq. İlham Əliyevin səfər proqramına yeni bərpa olunmuş Respublika xəstəxanası və Tiflis metropoliteninin “Azadlıq meydanı” stansiyası ilə tanışlıq daxildir. Səfər proqramının ilk hissəsi prezident İlham Əliyevin şərəfinə veriləcək ziyafətlə başa çatacaq. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Tiflisə səfəri isə günorta radələrində başlayacaq. Baş nazir Zurab Noğaydeli tərəfindən qarşılanacaq Ərdoğan daha sonra prezident Saakaşvili ilə təkbətək görüş keçirəcək. Görüşdən sonra parlamentdə Gürcüstan prezidenti üçün ayrılmış xüsusi iqamətgahda hər üç dövlət rəhbərinin görüşü keçiriləcək. Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsinin tikintisinə dair Çərçivə Sazişinin imzalanması üçtərəfli görüşdən sonraya nəzərdə tutulub. Çərçivə Sazişi imzalandıqdan sonra dövlət rəhbərləri Tiflis Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcəklər. Açılış mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev vətənə qayıdacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR