Bank Of Baku

Kondoliza Rays Abdulla Gülə “erməni soyqırımı” ilə bağlı qanun layihəsini əngəlləmək üçün səfərbər olduqlarını bildirib

Kondoliza Rays Abdulla Gülə “erməni soyqırımı” ilə bağlı qanun layihəsini əngəlləmək üçün səfərbər olduqlarını bildirib
# 07 fevral 2007 08:46 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, A. Gül xəbərdarlıq edib ki, uydurma “erməni soyqırımı” ilə bağlı qanun layihəsi Konqresin aşağı palatasında qəbul edilərsə, iki ölkə arasındakı münasibətlərə ciddi ziyan dəyəcək. Görüşdən sonra mətbuat konfransı keçirən türkiyəli nazir bildirib ki, Türkiyə-Amerika münasibətləri bu məsələnin əsiri olmamalıdır: “Bir tərəfdən Əfqanıstanda çiyin-çiyinə çalışarkən, İraqın sabitliyinə dəstək verərkən birdən-birə Türkiyənin əleyhinə olan qanun layihəsinin qəbulu hər şeyi bərbad edər. Bunu tam səmimi olaraq həmkarıma söylədim və belə bir addımın təsirinin müvəqqəti olmayacağını vurğuladım. Bir-birimizə ehtiyac duyduğumuz bir zamanda münasibətləri bu cür zəhərləməyə kimsənin haqqı yoxdur. Mən bu qanunun qəbul olunmayacağına inanıram. Əks halda bu, doğrudan da bir şok olacaq”. K. Rays isə türk həmkarına bu layihənin əngəllənməsi üçün səfərbər olduqlarını deyib. A. Gül Nümayəndələr Palatasının sədri Nensi Pelosi ilə görüşüb-görüşməyəcəyi ilə bağlı jurnalistlərin sualına cavabında belə bir görüşün olmayacağını bildirib: “Çünki o, özünü bu işə (erməni məsələsinə) çox bağlamış bir xanımdır. Mənimlə danışması çətin olar. Amma bu, o demək deyil ki, fikirlərimizi ona çatdırmayacağıq. Onun yaxın adamlarının hamısı ilə görüşəcəyəm”. Xarici işlər naziri bir daha xatırladıb ki, təmsil etdiyi hökumət ermənilərlə 1915-ci il hadisələrini müzakirə etmək üçün hər şeyi edib, lakin əks tərəf bu çağırışlara dəstək verməyib.
K. Raysla görüşdən əvvəl A. Gül ABŞ-dakı bir sıra yəhudi təşkilatlarının rəhbərləri ilə bir araya gəlib. O, yəhudi lobbisindən uydurma “soyqırım” barədə qanun layihəsinin həmmüəllifi, milliyyətçə yəhudi olan kaliforniyalı konqresmen Adam Şiffə təsir göstərmələrini xahiş edib.
Bu gün türkiyəli nazirin Nümayəndələr Palatasında çoxluq təşkil edən demokratlar fraksiyasının rəhbəri və “soyqırım” barədə qanun layihəsini dəstəkləyən Sten Hoyerlə görüşü nəzərdə tutulub. Nümayəndələr Palatasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri, yəhudi əsilli Tom Lantosla görüş də planlaşdırılıb. Qeyd edək ki, qondarma “soyqırım” barədə qanun layihəsi yalnız bu komitədə təsdiqləndikdən sonra palatanın gündəminə daxil edilə bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR