Bank Of Baku

Metyu Brayza: “ABŞ-ın BTC və “Şahdəniz” layihələrini dəstəkləməsi o demək deyil ki, biz istənilən layihəyə dəstək verəcəyik”

Metyu Brayza: “ABŞ-ın BTC və “Şahdəniz” layihələrini dəstəkləməsi o demək deyil ki, biz istənilən layihəyə dəstək verəcəyik”
# 07 fevral 2007 09:03 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda keçirilən ABŞ-Azərbaycan birgə iqtisadi əməkdaşlıq komissiyasının işinə qatılan ABŞ dövlət katibi müavininin yardımçısı Metyu Brayza verib. O, Azərbaycanla ABŞ arasında əlaqələrin enerji sahəsindən başladığını deyib. “Biz indi digər sahələr üzrə dialoq aparmaq, Azərbaycanın qeyri-neft sektorunun inkişafına yardım göstərmək istəyirik. İclasda Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı da müzakirələr aparılacaq. Azərbaycanın mavi yanacaq istehsalını artırmaq imkanları genişdir. Biz Azərbaycanın Avropaya daha çox qaz nəql etməsini istəyirik. Bunun üçün hökumətlərarası və şirkətlərarası əməkdaşlıq genişlənməlidir”. “Şahdəniz” yatağından qaz istismarının dayandırılmasına səbəb olan hadisəyə münasibət bildirən Metyu Brayza qeyd edib ki, bu, yeni layihənin işə düşməsi zaman baş verən adi hallardan biridir. Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsini dəyərləndirmək istəməyən Metyu Brayzanın sözlərinə görə, ABŞ bu layihədə iştirak etmədiyi üçün heç bir fikir söyləyə bilməz. “Biz ABŞ olaraq Bakı-Tiflis-Ceyhan və “Şahdəniz” layihələrini dəstəklədik. Amma bu, o demək deyil ki, biz hər bir layihəni dəstəkləməliyik. Bakı-Tiflis-Ceyhan layihəsində strateji məqamlar olduğuna görə, bu layihəyə dəstək vermişik. Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu layihəsinə qarşı deyilik, biz öz tərəfdaşlarımızı və dostlarımızı dəstəkləyirik. Hesab edirik ki, bu ölkələri birləşdirəcək dəmiryolu layihəsi olmalıdır, amma, bu, gələcəkdə olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR