Bank Of Baku

Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev etimadnamələrini Filippin prezidentinə təqdim edib

Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev etimadnamələrini Filippin prezidentinə təqdim edib
# 07 fevral 2007 09:14 (UTC +04:00)
Azərbaycanın İndoneziyadakı səfiri İbrahim Hacıyev digər ölkələrin səfirləri ilə birlikdə Filippin xarici işlər nazirinin müavini Erlinda Basilio ilə görüşüb. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, görüş zamanı İ. Hacıyev etimadnamələrinin surətlərini E. Basilioya təqdim edib. Təqdimetmə zamanı o, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacib olduğunu bildirərək geniş iqtisadi potensiala malik ölkələrimiz arasında sərmayə qoyuluşunun hər iki tərəf üçün faydalı ola biləcəyindən söz açıb. Elə həmin gün səfir İ. Hacıyev etimadnamələrini Filippin prezidenti Qloriya Makapaqal-Arroyoya təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR