Bank Of Baku

Elmar Məmmədyarov Yaponiya XİN-in Avropa bürosunun direktorunu qəbul edib

Elmar Məmmədyarov Yaponiya XİN-in Avropa bürosunun direktorunu qəbul edib
# 07 fevral 2007 09:53 (UTC +04:00)
Elmar Məmmədyarov Yaponiya Xarici İşlər Nazirliyinin Avropa bürosunun direktoru Çikahito Xaradanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, qonaq iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsi haqqında imzalanmış memoranduma uyğun olaraq ölkəmizə səfər etdiyini bildirib. Nazir E. Məmmədyarov isə Azərbaycanın Yaponiya ilə münasibətlərə böyük önəm verdiyini söyləyərək, xüsusilə qarşı tərəfin iqtisadi təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını deyib. Yapon şirkətlərinin Azərbaycanda fəaliyyətlərini genişləndirməsini zəruri sayan E. Məmmədyarov bunun üçün əlverişli şərait olduğunu bəyan edib. Öz növbəsində Ç. Xarada Yaponiyanın xarici siyasətində yeni istiqamətin seçildiyini qeyd edərək demokratiya və azad bazar iqtisadiyyatının bərqərar olması uğrunda mübarizə aparan ölkələrə dəstəyin artırılacağını açıqlayıb. Azərbaycanın da bu ölkələr sırasında olduğunu bildirən qonaq ölkənin mühüm strateji əhəmiyyətini qeyd edib. Tərəflər həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR