Bank Of Baku

AMİP İran səfirliyi qarşısında piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

AMİP İran səfirliyi qarşısında piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 07 fevral 2007 10:41 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İranın Azərbaycandakı səfirliyi qarşısında keçirəcək ilk etiraz aksiyasının vaxtını müəyyənləşdirib. Bu barədə APA-ya AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov məlumat verib. Ə. Orucov bildirib ki, fevralın 16-da keçiriləcək piketə icazənin verilməsi üçün bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.
Qeyd edək ki, AMİP Siyasi Şurası Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının müdafiəsi və onların həbsinə etiraz olaraq İranın Azərbaycandakı səfirliyi qarşısında bir neçə piket keçirmək barədə qərar çıxarıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR