Bank Of Baku

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri ədliyyə naziri ilə görüşüblər

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri ədliyyə naziri ilə görüşüblər
# 07 fevral 2007 11:17 (UTC +04:00)
Bakıda səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri Korolin Martin, Konqresin keçmiş üzvü, ekspert Ouen Masters, Norveç Yerli və Regional Hakimiyyətlər Assosiasiyasının üzvü Elita Sakule ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir qonaqlara bələdiyyələrin inkişafı, Azərbaycanda şəhər, kənd və qəsəbə bələdiyyələrinin milli assosiasiyalarının yaradıldığı barədə məlumat verib, bu işdə göstərilən yardıma görə Konqresə, həmçinin Norveç Yerli və Regional Hakimiyyətlər Assosiasiyasına təşəkkürünü bildirib. Onun sözlərinə görə, bələdiyyə assosiasiyaları bu il yanvarın 31-də dövlət qeydiyyatına alınıb. Qonaqlar Azərbaycanda yerli özünüidarənin inkişaf etdirilməsi üzrə görülən işləri razılıqla qarşılayıblar. Onlar bələdiyyələrin milli assosiasiyalarının yaradılmasının əhəmiyyətini qeyd edərək bunun ölkədə gedən demokratik proseslərin genişlənməsinə xidmət etdiyini vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR