Bank Of Baku

Astanada MDB XİN başçıları Şurası və güc strukturları rəhbərlərinin Koordinasiya Şurasının iclaslarına hazırlıqla bağlı görüş keçirilir

Astanada MDB XİN başçıları Şurası və güc strukturları rəhbərlərinin Koordinasiya Şurasının iclaslarına hazırlıqla bağlı görüş keçirilir
# 07 fevral 2007 11:21 (UTC +04:00)
Qazaxıstanın paytaxtında keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının və MDB ölkələri güc strukturları rəhbərlərinin Koordinasiya Şurasının iclaslarına hazırlıqla bağlı bu gün Astanada görüş başlanıb. APA-nın MDB İcraiyyə Komitəsinin İnformasiya Departamentinə istinadən yaydığı məlumatına görə, fevralın 6-dan 8-nə kimi keçiriləcək görüşdə Qazaxıstanın müvafiq nazirlik və idarələrinin, eləcə də İcraiyyə Komitəsinin nümayəndələri təşkilatı-texniki məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, XİN başçıları Şurasının iclası Astanada aprelin 25-də, Koordinasiya Şurasının iclası isə aprelin 25-26-da keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR