Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “ADP siyasətini tam dəyişərsə, bu partiya ilə əməkdaşlığın dayandırılması haqda düşünmək olar”

Qulamhüseyn Əlibəyli: “ADP siyasətini tam dəyişərsə, bu partiya ilə əməkdaşlığın dayandırılması haqda düşünmək olar”
# 07 fevral 2007 11:24 (UTC +04:00)
“ADP gələcəkdə siyasətini tamam dəyişərsə, bu siyasət “Azadlıq” blokunun yürütdüyü siyasətə uyğun gəlməzsə, o zaman bu partiya ilə əməkdaşlığın dayandırılması haqda düşünmək olar. Hələlik isə hakimiyyətlə dialoq təklif kimi səslənib və bunu əsas götürüb əməkdaşlığı dayandırmaq düzgün deyil”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli deyib. Dialoq təklifini normal sayan Q.Əlibəylinin sözlərinə görə, istər hakimiyyət, istərsə də müxalifət düşərgəsindən dəfələrlə analoji təkliflər irəli sürülüb. Onun fikrincə, dialoq qərarı qəbul etdiyi üçün ADP-nin siyasi kursunu dəyişdiyini demək düzgün deyil: “Biz ADP ilə tamam başqa məsələlərlə bağlı əməkdaşlıq edirik. Partiyanın sədri Rəsul Quliyev də dialoqun əleyhinə olduğunu deyib. İstənilən şəxs bunun leyhinə və ya əleyhinə ola bilər. Amma kurs dəyişməyibsə, əməkdaşlıq mümkündür”. Blok daxilində fərqli fikirlərin olmasını da təbii hesab edən Q. Əlibəyli “Azadlıq”ın 2008-ci il prezident seçkilərinə kimi fəaliyyət göstərməsini mümkün hesab edir: “Ayrı-ayrı məsələlərlə bağlı fərqli fikirlər səslənə bilər. Əsas odur ki, blok qarşısına qoyduğu məsələlərdə ümumi mövqedən çıxış etsin. Nə qədər ki, ümumi mövqedən çıxış etmək mümkündür, blokun fəaliyyəti davam edəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR