Bank Of Baku

Kolin Qraffi: “Azərbaycan tolerant ölkə anlayışına gözəl misaldır”

Kolin Qraffi: “Azərbaycan tolerant ölkə anlayışına gözəl misaldır”
# 07 fevral 2007 11:25 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Prezident Aparatı yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən görüş zamanı ABŞ Dövlət Departamentinin Avropa və Asiya ölkələri ilə ictimaiyyətlər əlaqələr şöbəsinin rəhbəri Kolin Qraffi söyləyib. O, Azərbaycan barədə söhbət gedən zaman yalnız neftdən danışmağın yanlış olduğunu deyib: “Ölkədə hansı dəyişikliklərin baş verməsi dövlətin neft gəlirlərindən hansı formada istifadə etməsindən asılıdır. Məsələn, çox şey neft gəlirlərinin ayrı-ayrı insanların varlanması, yoxsa təhsil və səhiyyə sektoru, cəmiyyətin v
və infrastrukturun inkişafı, parkların, əyləncə mərkəzlərinin tikintisi üçün xərclənməsindən asılıdır”. Kolin Qraffi çıxışında İranla bağlı problemlərə də toxunub. “İranda etimad problemi var. Beynəlxalq ictimaiyyət İranı nüvə tədqiqatlarını dayandırmağa çağırır. Biz İran rejimini bu məsələdə beynəlxalq ictimaiyyətlə əməkdaşlığa dəvət etmişik”. Qondarma “erməni soyqırımı” ilə bağlı məsələyə toxunan Kolin Qraffi Ermənistanda olduğu kimi bütün dünyada da soyqırımları ilə bağlı məsələlərin müzakirə olunduğunu deyib: “Lakin bu, siyasi qərar deyil. Bu məsələləri siyasətçilər deyil, tarixçilər araşdırmalıdır. Soyqırımları ilə bağlı məsələlər çox ağrılı problemlərdir. Həqiqətin üzə çıxarılması çox vacibdir, o zaman cəmiyyət inkişaf edəcək, yaralar sağalacaq”. ABŞ-ın Bakı-Tiflis-Axalkələk-Qars layihəsinə münasibətini bildirən Kolin Qraffi rəsmi Vaşinqtonun heç də bütün layihələri maliyyələşdirmədiyini bildirib. “Bakı-Tiflis-Axalkələk-Qars layihəsi belə layihələrdən biridir. Bizim bu layihədə iştirak etməməyimiz o demək deyil ki, ABŞ hökuməti Azərbaycanda digər layihələri maliyyələşdirməyəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR