Bank Of Baku

ADP-nin dialoq təklifi ilə bağlı YAP-da hər hansı müzakirə aparılmayıb

ADP-nin dialoq təklifi ilə bağlı YAP-da hər hansı müzakirə aparılmayıb
# 07 fevral 2007 11:47 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) hakimiyyətə dialoq təklifi ilə bağlı bu vaxta qədər Yeni Azərbaycan Partiyasında (YAP) hər hansı müzakirə aparılmayıb. Bu barədə APA-ya YAP-ın icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı məlumat verib. Onun sözlərinə görə, dialoq təklifinin müzakirə olunmamasına səbəb ADP-dən rəsmi şəkildə YAP-a hər hansı müraciətin daxil olmamasıdır: “Mətbuatdan bildiyimə görə, bununla bağlı onlar prezidentə müraciət ediblər. YAP-a rəsmi müracit daxil olsa, biz buna öz münasibətimizi bildirəcəyik. Əgər ADP-dən kimsə bizimlə danışmaq istəyirsə, telefonlarımız daim açıqdır, poçt vasitəsi ilə də istədikləri məktubu bizə çatdıra bilərlər”.
ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu isə APA-ya bildirib ki, dialoq məsələsi ilə bağlı tələsmək fikirləri yoxdur. O, məsələ ilə bağlı YAP sədrinin cavabını gözlədiklərini qeyd edib: “Əks tərəf də bu məsələni aydınlaşdırmalı, siyasi diloq yolu ilə həll olunası məsələlərin siyahısını tutmalıdır. Milli maraqlar naminə özünün hansı maraqlarından imtina edə bilər, bunları müəyyənləşdirməli və sonra proses başlamalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR