Bank Of Baku

Kolin Qraffi: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

Kolin Qraffi: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
# 07 fevral 2007 11:47 (UTC +04:00)
“ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ münaqişəsinin həll açarı sülh yolu ilə nizamlanmadır, mən bu sözləri Azərbaycan hökumətindən də eşidirəm”. APA-nın məlumatına görə, bu fikirləri Prezident Aparatı yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən görüş zamanı ABŞ Dövlət Departamentinin Avropa və Asiya ölkələri ilə ictimaiyyətlər əlaqələr şöbəsinin rəhbəri Kolin Qraffi söyləyib. Ermənilərin Şuşanı işğal etməsi şərəfində İrəvanda abidə ucaltması məsələsinə toxunan Kolin Qraffi bu məsələyə xüsusi diqqət ayırmağın vacib olmadığını vurğulayıb: “Biz münaqişələrin sülh yolu ilə nizamlanması prosesində son dərəcə ehtiyatlı olmalıyıq. Diqqətimizi ayrı-ayrı insidentlər üzərində cəmləşdirmək yox, problemin sülh yolu ilə nizamlanmasına çalışmaq lazımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR