Bank Of Baku

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin iqtisadi əlaqələr üzrə müavini Daniel Salivanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin iqtisadi əlaqələr üzrə müavini Daniel Salivanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 07 fevral 2007 11:51 (UTC +04:00)
Dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin iqtisadi əlaqələr üzrə müavini Daniel Salivanın rəhbərlik etdiyi və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Metyu Brayzanın da qatıldığı geniş tərkibli nümayəndə heyətini qəbul edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya daxil olan məlumata görə, görüş zamanı regional təhlükəsizlik, enerji, iqtisadi, siyasi sahələrdə mövcud əməkdaşlıq, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması üçün aparılan danışıqlar prosesi ətrafında müzakirələr aparılıb. Tərəflər regionda həyata keçirilən irimiqyaslı iqtisadi layihələr çərçivəsində iki ölkə arasındakı əməkdaşlığın uğurla davam etdiyini vurğulayaraq, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. ErmənistanAzərbaycan münaqişəsinin indiyədək həll edilməməsinin regionda ciddi təhlükə mənbəyi olduğunu vurğulayan E.Məmmədyarov Ermənistan tərəfinin mövqeyinin münaqişənin həllində qeyri-konstruktiv rol oynadığını qonaqların diqqətinə çatdırıb.
Görüş zamanı ABŞ Dövlət Katibinin müavini D.Salivan Azərbaycanın həm regional miqyasda, həm də ikitərəfli münasibətlər çərçivəsində ABŞ-ın strateji tərəfdaşı olduğunu bir daha vurğulayıb, iki ölkə arasında inkişaf edən əməkdaşlığın qarşılıqlı əhəmiyyətini qeyd edib. Görüşdə digər maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR