Bank Of Baku

Mübariz Qurbanlı: “Müsavat Partiyasının yanvarın 28-də keçirdiyi mitinq bu partiyanın iflasının göstəricisidir”

Mübariz Qurbanlı: “Müsavat Partiyasının yanvarın 28-də keçirdiyi mitinq bu partiyanın iflasının göstəricisidir”
# 07 fevral 2007 11:55 (UTC +04:00)
“Müsavat Partiyasının yanvarın 28-də keçirdiyi mitinq bu partiyanın iflasının göstəricisidir. Hesab edirəm ki, fevralın 18-də keçiriləcək növbəti tədbir də bunun davamı kimi, həmin aksiyadan da sönük olacaq”. Bu fikirləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini Mübariz Qurbanlı bildirib. Onun sözlərinə görə, cəmiyyət müxalifətin və həmçinin Müsavat Partiyasının çağırışlarının fərqində olmadığını həmin çağırışlara qoşulmamaqla göstərir: “Azərbaycan vətəndaşları müxalifətin çağırışlarına birmənalı yox deyir, bundan sonra da yox deyəcəklər. Müxalifət partiyalarının keçirmək istədikləri aksiyaların sönüklüyü bunu bir daha göstərir”.
“Azadlıq” blokunun şəhərin mərkəzində sansiyalaşdırılmamış aksiyalar keçirmək cəhdinə gəldikdə, millət vəkili qanun çərçivəsində siyasi aksiyaların keçirilməsini normal proses hesab edir. O, qanundan kənar keçiriləcək aksiyaların qarşısının alınacağını qeyd edib: “Azadlıq” adlandırılan blok bunu bilməlidir. Əslində bu blokun “Azadlıq” adlandırılmasının özü də müəmmalıdır ki, niyə məhz bu adla fəaliyyət göstərirlər. Çünki biz azadlığımıza çoxdan qovuşmuşuq. Blok qeyri-qanuni hərəkət etsə, hüquq-mühafizə orqanları bunun qarşısını alacaq. Şəhər icra hakimiyyətinə müraciət etsinlər, mitinq keçirsinlər və nə dərəcədə qüvvəyə malik olduqlarını yoxlasınlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR