Bank Of Baku

ATƏT Parlament Assambleyasının qış sessiyası fevralın 22-23-də Vyanada keçiriləcək

ATƏT Parlament Assambleyasının qış sessiyası fevralın 22-23-də Vyanada keçiriləcək
# 07 fevral 2007 12:12 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının qış sessiyası fevralın 22-23-də Vyanada keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin sədr müavini Eldar İbrahimov məlumat verib. Onun sözlərinə görə, iclasda yay sessiyasına hazırlıq barədə müzakirələr aparılacaq. Bundan başqa, qurumun iqtisadiyyat komitəsində “ATƏT regionunda enerji təhlükəsizliyi” mövzusunda müzakirələr keçiriləcək: “Biz bu mövzu ilə bağlı çıxış etmək üçün hazırlaşırıq. Bundan başqa qurumun yay sessiyasında Dağlıq Qarabağla bağlı məsələnin müzakirəyə çıxarılmasına çalışacağıq. ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarkerin bu gün Azərbaycana səfəri başlayır. Bu səfər zamanı Qağlıq Qarabağla bağlı məruzənin qurumun yay sessiyasında müzakirəyə çıxarılıb-çıxarılmayacağı ilə bağlı da danışıqlar aparacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR