Bank Of Baku

Milli Məclisin aqrar siyasət daimi komissiyasının iclası keçirilib

Milli Məclisin aqrar siyasət daimi komissiyasının iclası keçirilib
# 07 fevral 2007 12:34 (UTC +04:00)
Milli Məclisin aqrar siyasət daimi komissiyasının iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “Atçılıq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Komissiyanın sədri Eldar İbrahimov deyib ki, altı fəsil və 36 maddədən ibarət qanun layihəsi Azərbaycanda atçılığın təşkilinin və idarə edilməsinin iqtisadi, hüquqi əsaslarını müəyyən edir və atçılıq subyektləri arasında münasibətləri tənzimləyir. Milli Məclisin iqtisadi qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov bu qanunun qəbul edilməsi ilə atçılıq təsərrüfatının inkişafına nail olunacağını deyib. İclasda iştirak edən atçılıq klublarının təmsilçiləri dövlət atçılıq təsərrüfatının bərbad vəziyyətdə olmasından şikayətlənib, bu sahəyə qayğının artırılmasını vacib sayıblar. Müzakirələrdən sonra qanun layihəsi parlamentin müzakirəsinə tövsiyə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR