Bank Of Baku

Avropa Parlamentinin deputatı Abbas Lisani ilə bağlı Avropa Komissiyasının prezidentinə müraciət edib

Avropa Parlamentinin deputatı Abbas Lisani ilə bağlı Avropa Komissiyasının prezidentinə müraciət edib
# 07 fevral 2007 12:42 (UTC +04:00)
Avropa Parlamentinin üzvü, Portuqaliya parlamentinin deputatı Paulo Kasaka İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisani ilə bağlı Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozoya müraciət edib. Azərbaycan Gənclər Federasiyası İsveç bürosunun sədri Nərgiz Nədainin APA-ya verdiyi məlumata görə, P. Kasaka A. Lisaninin siyasi baxışlarına görə həbs olunduğunu bildirərək Avropa Komissiyasının prezidentindən onun məsələsinə diqqətlə yanaşmasını istəyib.
İsveç Yaşıllar Partiyası isə A. Lisaninin azadlığa buraxılması tələbi ilə İranın İsveçdəki səfiri Həsən Qaşqaviyə müraciət edib. Müraciətdə aclıq aksiyasından sonra A. Lisaninin səhhətinin pisləşdiyi və onun həkim müayinəsinə ehtiyac duyduğu vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR