Bank Of Baku

Azərbaycan prezidenti “Bağ təsərrüfatı haqqında” qanunu geri qaytarıb

Azərbaycan prezidenti “Bağ təsərrüfatı haqqında” qanunu geri qaytarıb
# 07 fevral 2007 13:38 (UTC +04:00)
Bu barədə APA-ya parlamentdəki mənbələrdən məlumat daxil olub. Məlumata görə, Milli Məclisin payız sessiyası çərçivəsində qəbul edilmiş “Bağ təsərrüfatı haqqında” qanunda ciddi qüsurlara yol verildiyindən prezident sənədi geri qaytarıb. MM-in Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov faktı təsdiqləyib. Komissiya sədri APA-ya açıqlamasında bildirib ki, dövlət başçısının “Bağ təsərrüfatı haqqında” qanuna veto qoymasının səbəbi bu sənədin müəyyən qanunvericilik aktları ilə ziddiyyət təşkil etməsidir: “Biz indi bu məsələləri araşdırırıq. Qanun müəyyən qanunvericilik aktları ilə ziddiyyət təşkil edirsə, o zaman bu qanun lazım deyil. Biz məsələyə yenidən baxaraq, düzəlişlər edəcəyik. Burada heç bir problem yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR