Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Azadlıq” bloku kütləvi aksiyalar keçirmək fikrindən imtina etməyib”

Qulamhüseyn Əlibəyli: “Azadlıq” bloku kütləvi aksiyalar keçirmək fikrindən imtina etməyib”
# 07 fevral 2007 13:55 (UTC +04:00)
“Azadlıq” bloku kütləvi aksiyalar keçirmək fikrindən imtina etməyib. Davamlı olaraq aksiya keçirməklə bağlı qərar verilib və hazırda blokda növbəti mitinqlərlə bağlı müzakirələr aparılır”. Bu fikirləri APA-ya açıqlamasında “Azadlıq” blokunun üzvü olan AXCP-nin Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli bildirib. Onun sözlərinə görə, blok aksiyanın yeri ilə bağlı qərarında hər hansı dəyişiklik etmək fikrində deyil və növbəti aksiyalar da şəhərin mərkəzinə təyin olunacaq: “Blok şəhərdən kənarda keçirilən aksiyaları məqsədəuyğun hesab etmir. Etiraz aksiyası cəmiyyətin diqqətini müəyyən problemə yönəltmək üçündür və şəhərin ucqar yerlərində aksiya keçirməyin mənası yoxdur. Hakimiyyət icazə versə də, verməsə də, blokda hər hansı fikir dəyişikliyi yoxdur. Çünki şəhərin mərkəzində keçirilən aksiyalar zamanı az-çox cəmiyyətin diqqətini cəlb edə bilirik, şəhərdən kənarda olanda isə yox”. Q. Əlibəyli yeni aksiyaların da qiymətlərin bahalaşmasına etiraz olaraq təyin ediləcəyini bildirib. Müsavat Partiyasının da eyni tələblə fevralın 18-nə təyin etdiyi aksiyada iştirak edib-etməyəcəklərinə gəldikdə, Q. Əlibəyli bu mitinqə qatılmayacaqlarını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR