Bank Of Baku

ADP Rəsul Quliyevin Milli Forum keçirilməsi ilə bağlı təklif etdiyi formuldan imtina edib

ADP Rəsul Quliyevin Milli Forum keçirilməsi ilə bağlı təklif etdiyi formuldan imtina edib
# 07 fevral 2007 13:57 (UTC +04:00)
Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Akif Şahbazovun Ali Məclisin iqtidarla dialoq haqqında yanvarın 27-də qəbul etdiyi qərarın ləğv olunması ilə bağlı imzaladığı sərəncam müzakirə olunub. Partiya Nizamnaməsinə əsasən, A. Şahbazovun belə sərəncam vermək səlahiyyətinin olmadığı bildirilib, buna görə də həmin sərəncamın hüquqi qüvvəsinin olmaması barədə qərar qəbul edilib. Eyni zamanda sözügedən məsələdə partiyanın siyasi imicinə ciddi zərbə vurduğunu, sərəncamının siyasi etikadan kənar olmasını, A. Şahbazovun Nizamnamədə nəzərdə tutulmayan qaydada Ali Məclis sədri vəzifəsini mənimsəməyə cəhd göstərməsini, Ali Məclis üzvlərinin iradəsinə açıq hörmətsizlik etməsini nəzərə alan Təşkilat Komitəsi onun partiya məsuliyyəti məsələsinə baxılması üçün Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) müraciət edib. İclasda, həmçinin, partiya sədri Rəsul Quliyevin Milli Forumun keçirilməsi ilə bağlı təklif etdiyi formuldan imtina edilib. Buna səbəb kimi ADP-yə müttəfiq partiya təmsilçilərinin bu təklifi qəbul etməmələri göstərilib.
A.Şahbazov APA-ya açıqlamasında iclasda iştirak etdiyini, Təşkilat Komitəsi ilə bağlı Ali Məclisin qəbul etdiyi qərarın sədr tərəfindən təsdiq olunmadığını əsas gətirərək, bu qurumun səlahiyyətinin olmadığını vurğulayıb. A.Şahbazov imzaladığı sərəncamın MNTK-ya aidiyyəti olmadığını da bildirib: “MNTK Sərdar Cəlaloğlunun əlində cəza maşınına çevrilib. Kiminlə sözü düz gəlmirsə, onunla bağlı qohumu olan MNTK sədrinə tapşırıq verir. O, qrup maraqlarından çıxış etmək üçün ətrafına bir neçə nəfər yığıb və bunu partiya hesab edir. Əslində isə, bu, dərnək təfəkkürüdür. Sərdar Cəlaloğlu sədrin səlahiyyətlərini mənimsəyib, əslində, onun özü barəsində tədbir görülməlidir. Onun sədrin adından danışması ciddi Nizamnamə pozuntusudur. MNTK birinci bu məsələyə baxmalıdır. Sərdar Cəlaloğlu partiyanın iradəsindən kənar olaraq hakimiyyətlə, hətta YAP-ın süpürgəçisi ilə danışıqlara getməyə hazır olduğunu bəyan edir. Partiyanın şərəf və ləyaqətinə xələl gətirdiyi üçün onun özünün hərəkətləri məsuliyyət yaradır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR