Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Ermənistan-Azərbaycan münaqişəsi həll olunanadək Türkiyə sərhəd qapılarını işğalçı Ermənistanın üzünə açmayacaq”

Rəcəb Tayyib Ərdoğan: “Ermənistan-Azərbaycan münaqişəsi həll olunanadək Türkiyə sərhəd qapılarını işğalçı Ermənistanın üzünə açmayacaq”
# 07 fevral 2007 14:05 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Böyükanıtın dəvəti ilə reallaşan səfər çərçivəsində S.Əbiyev Y.Böyükanıt, bu ölkənin prezidenti Əhməd Necdət Sezər, müdafiə naziri Vəcdi Könül və baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Rəcəb Tayyib Ərdoğanla görüşdə Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafı müzakirə olunub. Ermənistan-Azərbaycan münaqişəsi barədə baş nazirə məlumat verən S.Əbiyev sülh danışıqlarının nəticə vermədiyini vurğulayıb: “Buna görə də biz Azərbaycan Silahlı Qüvvələrini gündən-günə gücləndiririk”. Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində bildirib ki, Türkiyə bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də Azərbaycanla əməkdaşlığını davam etdirəcək: “Ermənistan-Azərbaycan münaqişəsi həll olunanadək Türkiyə sərhəd qapılarını işğalçı Ermənistanın üzünə açmayacaq. Biz qardaşlığımızı davam etdirməliyik, birliyimizin faydası çox böyükdür”. Qeyd edək ki, səfər zamanı heç bir sənəd imzalanmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR