Bank Of Baku

Rusiyanın 2007-ci il üçün hərbi büdcəsi 31 milyard dollar olacaq

Rusiyanın 2007-ci il üçün hərbi büdcəsi 31 milyard dollar olacaq
# 07 fevral 2007 14:12 (UTC +04:00)
Rusiyanın federal büdcəsindən müdafiə xərcləri üçün 31 milyard 500 min dollar vəsait ayrılacaq. APA-nın məlumatına görə, Rusiyanın müdafiə naziri Sergey İvanov bu vəsait hesabına ordunun bütün təchizatının tam modernləşdiriləcəyini bildirib. 2001-ci ildə federal büdcədən müdafiə xərcləri üçün 8 milyard 23 milyon dollar vəsait ayrıldığını deyən Sergey İvanov 6 il sonra bu rəqəmin 3,5 dəfə artdığını deyib. O, artıma baxmayaraq ayrılan vəsaitin əvvəllər olduğu kimi Rusiyada adam başına düşən milli gəlirin 2,6 - 2,8 faizi həcmində olduğunu deyib. Sergey İvanov 2007-ci ildə təkcə silahı və hərbi texnologiya alınmasına 4,384 milyard dollar sərf ediləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR