Bank Of Baku

Ayaz Mütəllibovun prezidentliyi dövründə Azərbaycana səfər edən Turqut Özal Elçibəyə 50 min dollar çatdırıb

Ayaz Mütəllibovun prezidentliyi dövründə Azərbaycana səfər edən Turqut Özal Elçibəyə 50 min dollar çatdırıb
# 12 fevral 2007 09:13 (UTC +04:00)
APA-nın xəbərinə görə, F. Çəkirgənin qəzetdə dərc olunmuş yazısında Azərbaycanla bağlı məqamlar da var. Müəllif 1991-ci ildə T. Özalın Moskvaya ilk rəsmi səfəri zamanı SSRİ prezidenti Mixail Qorbaçovla görüşünü təsvir edərək yazıb ki, Kreml sarayında iki ölkə heyətləri arasındakı rəsmi danışıqlar başa çatdıqdan sonra Özalın köməkçisi Feyzi İşbaşarana bir nəfər yaxınlaşıb və Qorbaçovun Özalla təkbətək görüşmək istədiyini bildirib. Az sonra prerzidentlər Kremldəki otaqların birində görüşüblər və Qorbaçov Özala deyib: “Hörmətli prezident, son dövrlər həyata keçirdiyiniz islahatlar burada böyük maraq və heyranlıqla izlənilir. Sizdən bir məsələdə kömək istəyirəm. Sizin etdikləriniz bizim həyata keçirdiyimiz yenidənqurmanın təməlində də var. Amma bu məsələdə müqavimətlə qarşılaşıram. Məsələn, Ukrayna prezidenti buna ciddi müqavimət göstərir. Sizdən xahiş edirəm ki, Kiyevə gedib bu insanları yola gətirəsiniz. Çünki onların sizə böyük hötməti var”. M. Qorbaçov T. Özala Kiyevə getməsi üçün xüsusi təyyarə də ayıracağını bildirib. T. Özal da öz növbəsində həmkarına “mənim də sizdən bir xahişim var” deyib: “Bilirsiniz ki, buradan Azərbaycana getməliyik. Ancaq prezident Mütəllibov çox sərt adamdır. Daha öncəki ziyarətlərimizdə soydaşlarımızın küçəyə çıxıb bizi qarşılamasını yasaqlamışdı. İnsanların əlimizi sıxmasına da imkan vermir, onlara təzyiq edir. Bu məsələni həll edin”. M. Qorbaçov cavabında nə lazımdırsa edəcəyini bildirib: “Ora getdikdə nəticəsini görəcəksiniz”. T. Özal Moskvadan Kiyevə, oradan isə Azərbaycana yollanıb. Bakı hava limanına xeyli insan toplaşıbmış, Mütəllibov isə təyyarənin trapında gözləyirmiş. Özal təyyarədən enən kimi, Mütəllibov onu qucaqlayaraq “xoş gəldin, abi” deyib. Türkiyə nümayəndə heyətinin üzvləri ilə onların pişvazına çıxmış azərbaycanlılar göz yaşları içində bir-birinə sarılıb. Aeroportdan şəhərin mərkəzinə qədər insanlar yol boyunca Turqut Özalı alqışlayıb. Ertəsi gün T. Özal köməkçisi Feyzi İşbaşaranı yanına çağırıb və masadakı zərfi ona göstərərək deyib: “Elçibəyin qaldığı yeri öyrəndik. Bu zərfdə 50 min dollar var, bunu ona aparmalısan. Mənim də salamımı söyləyərsən”. F. İşbaşaran çaşqın halda cavab verib: “Əfəndim, KQB bizi izləyir. Üstümüzdə bu pulu aşkarlasalar və Elçibəyə apardığımızı öyrənsələr, nə olacaq?” T. Özal gülərək “heç nə olmaz” deyib. DTK agentlərinin izlədiyi F. İşbaşaranın avtomobili Bakıdakı binalardan birinin qarşısında dayanıb. F. İşbaşaran binaya girib və bir evin qapısını döyüb. Saçı saqqalı bir-birinə qarışmış Əbülfəz Elçibəy qapını açıb. İşbaşaran “məni Turqut Özal göndərdi, bir əmanətiniz var” dedikdə Elçibəy onun üzərinə atılaraq qucaqlayıb və “Turqut abi buradadırmı” deyə hönkür-hönkür ağlamağa başlayıb. Zərfə fikir verməyən və içində nə olduğunu soruşmayan Elçibəyin ağlamasından təsirlənən İşbaşaran da göz yaşlarını saxlaya bilməyərək ağlamağa başlayıb və zərfi orada qoyaraq uzaqlaşıb. Elçibəy isə onun arxasınca “abimə sarıl, mənim əvəzimdən qucaqla” deyə qışqırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR