Bank Of Baku

ADP-də qarşıdurma güclənir

ADP-də qarşıdurma güclənir
# 12 fevral 2007 09:31 (UTC +04:00)
APA-nın məlumatına görə, R. Quliyevin sərəncamları ilə Sərdar Cəlaloğlu ADP sədrinin birinci müavini, Həsrət Rüstəmov təşkilat məsələləri üzrə sədrin müavini vəzifələrindən azad edib. Bundan əlavə R. Quliyev ADP mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılovu, şöbə müdirləri Zakir Hüseynovu və Rəşid Mansurovu da tutduqları vəzifədən azad edib. R. Quliyev yeni kadrların təyin olunması üçün Ali Məclisin sabiq sədri Akif Şahbazova 10 gün müddətində təkliflər verməyi tapşırıb. Partiya sədri Mərkəzi-Nəzarət Təftiş Komissiyasının sədri Bəhruz Məmmədovun da fəaliyyəti və fəaliyyətsizliyinin ADP Ali Məclisində müzakirə edilməsini və onun partiyadan xaric olunması məsələsinin qurultaya təqdim olunması barədə göstəriş verib. R. Quliyev A. Şahbazovu ADP-nin “Azadlıq” blokundakı təmsilçisi təyin edib, ümummilli forumun keçirilməsi işinin təşkili isə Akif Şahbazovla Yaqub Abbasova tapşırıb. R. Quliyevin təyinatına münasibət bildirən Nurəddin İsmayılov APA-ya bildirib ki, bu gün məsələ ilə bağlı partiyanın Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin, MNTK-nın və həmçinin Akif Şahbazovun partiya məsuliyyəti məsələsinə baxmaq üçün Mərkəzi Aparatın iclası keçiriləcək. Bundan əlavə ADP Ali Məclisinin 59 üzvü birgə bəyanat imzalayaraq partiyanın Ali Məclisinin yanvarın 27-də keçirilən iclasında qəbul olunmuş qərarları müdafiə etdiklərini bildiriblər. Ali Məclisin yenidən çağırılması ideyasını Nizamnaməyə zidd və qərarlara yenidən baxılmasını ciddi siyasi səhv, partiyanın monolitliyinin qorunması və partiyada gərginlik yaradan məsələlərin həllini partiyanın növbəti IX Qurultayında aşkarlıq şəraitində hərtərəfli müzakirə olunmasını daha məqsədəuyğun hesab ediblər. ADP-nin IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi üzvləri Taliyət Əliyev, Nizami Məmmədzadə və Nizami Həsənoğlu da məsələ ilə bağlı birgə bəyanat imzalayıblar. Bəyanatda partiya sədrinin imzaladığı sərəncamın partiyadaxili vəziyyəti daha da dərinləşdirməsinə xidmət etdiyi bildirilib. Bəyanat müəllifləri sədri Ali Məclisin iradəsinə hörmətlə yanaşmağa çağırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR