Bank Of Baku

Zaur Ramazanov: “Müsavatın kütləvi aksiyalara yer ayrılması üçün Bakı şəhər İcra hakimiyyətinə müraciəti araşdırılır”

Zaur Ramazanov: “Müsavatın kütləvi aksiyalara yer ayrılması üçün Bakı şəhər İcra hakimiyyətinə müraciəti araşdırılır”
# 12 fevral 2007 10:05 (UTC +04:00)
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Bakı şəhərinin rayonlarında kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciət araşdırılır. Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, Konstitusiyanın 49-cu maddəsi və “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna əsasən, Bakı şəhər İcra Hakimiyyəti paytaxtın 4 rayonunda kütləvi aksiyalar üçün yerlər müəyyənləşdirib. “Biz bu müraciəti araşdırırıq, nəticədə hansı qərara gələcəyiksə, qanuna uyğun olaraq partiyaya rəsmi cavab verəcəyik”. Xatırladaq ki, A. Hacılı ötən həftə Bakının Səbayel, Yasamal, Nəsimi, Nizami, Nərimanov, Qaradağ, Sabunçu, Əzizbəyov rayonlarında keçiriləcək kütləvi aksiyalara yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR