Bank Of Baku

ABŞ müdafiə nazirinin müşavirinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana gəlib

ABŞ müdafiə nazirinin müşavirinin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana gəlib
# 12 fevral 2007 10:05 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, dünən ölkəmizə gəlmiş nümayəndə heyətinin tərkibində ABŞ müdafiə nazirinin müşavirinin siyasi-hərbi məsələlər üzə müavini Maykl Kolter, ABŞ müdafiə naziri müşavirinin Avrasiya üzrə müavini Maykl Duqal da var. Nümayəndə heyəti Müdafiə və Xarici İşlər nazirlikləri də daxil olmaqla, əlaqədar rəsmilərlə görüşlər keçirəcək. Səfər bu gün başa çatır.
Qeyd edək ki, Rodman ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik strategiyası və siyasətinin formalaşdırılması və koordinasiyası, Avropa və NATO, Avrasiya, Yaxın Şərq və Afrika üzrə məsuliyyət daşıyan müşavirdir. Rodmanın başçılıq etdiyi nümayəndə heyətinin görüşləri təhlükəsizlik tərəfdaşlığı və hərbi əməkdaşlığı müzakirə etməklə yanaşı, terrorizmə-qaşı əməkdaşlıq, İraq və Əfqanıstanda koalisiya səyləri və regional təhlükəsizliyi də əhatə edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR