Bank Of Baku

ABŞ müdafiə nazirinin köməkçisi Piter Rodman: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir”

ABŞ müdafiə nazirinin köməkçisi Piter Rodman: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir”
# 12 fevral 2007 10:20 (UTC +04:00)
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycan-ABŞ və Azərbaycan-NATO münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Müdafiə naziri Səfər Əbiyev qonaqları Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyətlə tanış edib, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, prezident İlham Əliyevin Ermənistan prezidenti ilə apardıqları danışıqların və münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinin nəticə vermədiyini ABŞ nümayəndə heyətinin nəzərinə çatdırıb. “Bizə elə gəlir ki, bütün beynəlxalq normaları pozan və Azərbaycan torpaqlarını zəbt edən işğalçı Ermənistan dövlətindən işğal etdiyi torpaqları boşaltmağı qətiyyətlə tələb etmək vaxtıdır”. Piter Rodman isə cavabında ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəklədiyini bəyan edib. Görüşdə ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri xanım Ann Dersi də iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR