Bank Of Baku

Ramiz Rzayev: “Avropa Məhkəməsinin hər qərarından nəticə çıxarmalıyıq”

Ramiz Rzayev: “Avropa Məhkəməsinin hər qərarından nəticə çıxarmalıyıq”
# 12 fevral 2007 11:27 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev məlumat verib. O bildirib ki, ötən il Avropa Məhkəməsi Azərbaycana qarşı bir qərar çıxarıb. Bunu adi hal kimi qiymətləndirən R. Rzayev Avropa Məhkəməsinin hər qərarından nəticə çıxarmağı vacib sayır: “Avropa Məhkəməsi işə mahiyyəti üzrə baxmır, Avropa Konvensiyasının tələbləri pozulduqda pozulmuş hüquqların bərpasını dövlətdən tələb edir. Avropa Məhkəməsinin qərarlarından vətəndaşla bərabər dövlət də qazanır. Hər bir qərar məhkəmələrin işinin təkmilləşdirilməsinə xidmət edir. Qanunvericilikdə boşluqlar varsa, həmin boşluqlar aradan qaldırılır”. R. Rzayev Azərbaycanla müqayisədə dünyanın demokratik ölkələrinə qarşı Avropa Məhkəməsi tərəfindən daha çox qərarlar qəbul edildiyini vurğulayıb. Belə ki, Avropa Məhkəməsi tərəfindən Türkiyəyə qarşı 320, Sloveniyaya qarşı 189, Ukraynaya qarşı 120, Rusiyaya qarşı 102, Fransaya qarşı 91, Macarıstana qarşı 61, Xorvatiyaya qarşı 22, Avstriyaya qarşı 2 qərar çıxarılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR