Bank Of Baku

Strasburqda Xocalı soyqırımının 15-ci ildönümü qeyd olunacaq

Strasburqda Xocalı soyqırımının 15-ci ildönümü qeyd olunacaq
# 12 fevral 2007 11:39 (UTC +04:00)
Strasburqda Xocalı soyqırımının 15-ci ildönümü qeyd olunacaq. APA-nın Şərqi Avropa bürosuna Fransa Azərbaycanlı Tələbələr Assosiasiyasından (ASEAF) verilən xəbərə görə, həmin ölkədə təhsil alan gənclərimiz bu il də yerli ictimaiyyətin diqqətini Xocalı faciəsinə cəlb etmək niyyətindədir. Fransada təhsil alan soydaşımız Vazeh Əsgərov bildirib ki, proqram Strasburq şəhərinin mərkəzi meydanlarından biri olan Plas Kleyberdə mitinq keçirilməsi ilə başlayacaq və kütləvi aksiyanın nəticəsi olaraq müraciət qəbul olunacaq. Anım mərasimi həmin axşam qonaqların iştirakı ilə davam edəcək. Fevralın 24-də yerli vaxtla saat 14-17 arasında keçiriləcək mitinq yenicə fəaliyyətə başlayan “Azərbaycan Evi” təşkilatının təşəbbüsü ilə baş tutacaq və onun hazırlıq prosesində Strasburqda fəaliyyət göstərən 3 Azərbaycan diaspor qurumu yaxından əməkdaşlıq edir. Kütləvi aksiyaya bir çox türkdilli xalqların, o cümlədən özbək, qazax və türk diaspor qurumlarının dəstək verəcəyi gözlənilir. V.Əsgərovun sözlərinə görə, Plas Kleyberdən başlayaraq Avropa Şurasına qədər matəm yürüşünün keçirilməsi Fransadakı Azərbaycan diasporuna yalnız 1992-ci ildə nəsib olub./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR