Bank Of Baku

Corc Buş Konqresə məktub göndərərək “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbul edilməməsini istəyib

Corc Buş Konqresə məktub göndərərək “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbul edilməməsini istəyib
# 12 fevral 2007 11:55 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Abdulla Gül məlumat verib. Onun sözlərinə görə, Buş administrasiyası layihənin əleyhinədir və sənədin qəbulunu əngəlləmək üçün əlindən gələni edəcək. A. Gül bildirib ki, qanun layihəsi qəbul olunarsa, ABŞ-Türkiyə münasibətlərində böhran yaranacaq: “Dövlət katibi Kondoliza Rays da bu sənədin qarşısını almaq üçün addımlar atacağını vəd edib”.
Qeyd edək ki, erməni lobbisi Konqresin yuxarı palatası Senata da analoji qanun layihəsi təqdim etməyə hazırlaşır. Ermənipərəst konqresmenlər Frenk Pallone və Co Nollenberq isə Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Tom Lantosa məktub yazaraq Türkiyənin ABŞ-ı şantaj etdiyini, bunun yolverilməz olduğunu bildiriblər. Onların dediyinə görə, Ankara Vaşinqtonu Türkiyə ərazisindən İraqdakı ABŞ hərbçilərinə ərzaq, yanacaq, silah-sursat daşınmasını dayandıracağı ilə hədələyir. Xatırladaq ki, uydurma “soyqırım”la bağlı layihə ilk olaraq Nümayəndələr Palatasının Beynəlxalq Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR