Bank Of Baku

Aydın Quliyev ADP üzvü kimi fəaliyyətini bərpa etməsi barədə bəyanat yayıb

Aydın Quliyev ADP üzvü kimi fəaliyyətini bərpa etməsi barədə bəyanat yayıb
# 12 fevral 2007 13:06 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin keçmiş üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev partiya üzvü kimi fəaliyyətini bərpa etməsi barədə bəyanat yayıb. APA-nın məlumatına görə, bəyanatda A. Quliyev bu addımı ADP-də yaranmış son durumla əlaqələndirib. Onun sözlərinə görə, Ali Məclisidən istefası ilə bağlı şfahi müraciətinin sədr Rəsul Quliyev tərəfindən qəbul olunmadığını, partiyanın fəallaşdırılması, Rəsul Quliyevin 10 fevral tarixli sərəncamının yeni şərait yaratmasını nəzərə alaraq partiya fəaliyyətini bərpa etmək barədə qərar verib. O, Ali Məclisin yaxın günlərdə keçirilməsi gözlənilən iclasında iştirak edəcəyini bildirib.
ADP Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov isə APA-ya açıqlamasında A. Quliyevin bəyanatının gülünc olduğunu və MNTK-nın qərarı ilə uzaqlaşdırılmış bir şəxsin öz bəyanatı ilə partiyaya qayıtmasının mümkün olmadığını bildirib: “Bu tip addımlar cinayət xarakterli addımlardır və buna görə də biz mültəq məhkəməyə müraciət edəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR