Bank Of Baku

Milli təhlükəsizlik naziri Eldar Mahmudov ABŞ müdafiə nazirinin köməkçisi Piter Rodmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Milli təhlükəsizlik naziri Eldar Mahmudov ABŞ müdafiə nazirinin köməkçisi Piter Rodmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
# 12 fevral 2007 14:33 (UTC +04:00)
Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Piter Rodmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən məlumat verilib. Qonaqlara regionda gedən proseslər, reallıqlar və meydana çıxan müxtəlif növ təhlükələr barədə məlumat verən E. Mahmudov beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürlərinin artmasının bütün dünyada ciddi narahatçılıq doğurduğunu qeyd edib. Nazir bəşəriyyətin rastlaşdığı təhlükələrlə mübarizənin təkbaşına deyil, yalnız beynəlxalq səylərin birləşdiriləcəyi təqdirdə effektli olacağını söyləyib. Beynəlxalq terrorçuluqla mübarizə sahəsində Azərbaycana göstərdikləri köməkliklərə görə antiterror koalisiyasına daxil olan tərəfdaş dövlətlərə təşəkkürünü bildirən E. Mahmudov deyib ki, əməkdaşlığın daha da genişləndirilməsi zəruridir. Öz növbəsində Piter Rodman Azərbaycanın terrorçuluqla mübarizə sahəsindəki səylərini yüksək qiymətləndirib. Qonaq ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və suverenliyinin tam bərqərar edilməsində maraqlı olduğunu, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişafından məmnun qaldığını bildirib. Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri xanım Enn Ders də iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR