Bakıda İran İslam İnqilabının 28-ci ildönümünə həsr olunan mərasim keçirilib
12 fevral 2007 17:01 (UTC +04:00)
Bakıda İran İslam İnqilabının 28-ci ildönümünə həsr olunan mərasim keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən İranın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymani İranın regionda mühüm çəkiyə malik olan ölkə olduğunu bildirib. Onun sözlərinə görə, İran dünyanın bütün ölkələri ilə sülh və əmin-amanlıq şəraitində yaşamağa üstünlük verir. Bu günə kimi İranda 28 seçki keçirildiyini və ölkədə demokratik institutların fəaliyyət göstərdiyini deyən səfir başqa ölkələrin daxili işlərinə qarışmadıqlarını qeyd edib: “İran özünün xarici siyasətində başqa ölkələrin daxili işlərinə qarışmamağa üstünlük verir və istəyir ki, digər ölkələr də onların daxili işlərinə müdaxilə etməsinlər. İran bir sıra beynəlxalq müqavilələrə qoşulub. İrana edilən təzyiqlər əsasızdır. Dünyanın 118 ölkəsi İranın nüvə texnologiyanın inkişafı ilə bağlı fəaliyyətini dəstəkləyir”. Azərbaycanla İran arasındakı münasibətlərə toxunan Ə. Süleymani son illər iki ölkənin bütün sahələrdə əməkdaşlıq etdiyini deyib. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov tədbirdə çıxışı zamanı Azərbaycan-İran əlaqələrinin günbəgün inkişaf etdiyini vurğulayıb. /APA/
Daxili siyasət
9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
00:00
9 may 2024
Deputat: Qazaxın 4 kəndinin qaytarılmasına dirəniş missiyasını indi də Qriqoryan kilsəsinə tapşırıblar
11:36
7 may 2024
Milli Məclis adından Mehriban Əliyevaya təbrik məktubu göndərilib
11:15
7 may 2024
Spiker: Heydər Əliyev böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini davam və inkişaf etdirib
11:09
7 may 2024