Bank Of Baku

Piter Semnebi Azərbaycandakı qaçqın düşərgələrinə baş çəkmək istəyir

Piter Semnebi Azərbaycandakı qaçqın düşərgələrinə baş çəkmək istəyir
# 13 fevral 2007 14:02 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O bildirib ki, situasiyanı hərtərəfli öyrənmək məqsədilə Azərbaycanda hakimiyyət təmsilçiləri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşmək niyyətindədir. Gürcüstandakı münaqişə zonalarına missiya göndərmiş Avropa İttifaqının Dağlıq Qarabağa da analoji missiya göndərib-göndərməyəcəyi ilə bağlı sualı cavablandıran P. Semnebi hələlik bu barədə danışmağın tez olduğunu söyləyib: “Biz hələ Gürcüstandakı missiyanın nəticəsini bilmirik. Başqa istiqamətlərdə, konkret Dağlıq Qarabağda fəaliyyətə yalnız bundan sonra başlaya bilərik”. Azərbaycana daha əvvəl açıqlanmış tarixdə (16-17 mart) səfər etməyi planlaşdırdığını vurğulayan P. Semnebi hələlik səfərin vaxtının dəqiqləşmədiyini bildirib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov APA-ya açıqlamasında P. Semnebinin səfəri zamanı onunla görüşünün nəzərdə tutulduğunu deyib: “Görüşümüzdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq. Biz icmaların danışıqlarda iştirakı ilə bağlı məsələləri müzakirə edəcəyik”. N. Bəhmənov P. Semnebiyə bir neçə təklifi olduğunu da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR