Bank Of Baku

GAMOH-un təsis etdiyi bayrağın UNPO tərəfindən Güney Azərbaycan xalqının milli bayrağı kimi qəbul olunması ilə bağlı anlaşılmazlıq yaranıb

GAMOH-un təsis etdiyi bayrağın UNPO tərəfindən Güney Azərbaycan xalqının milli bayrağı kimi qəbul olunması ilə bağlı anlaşılmazlıq yaranıb
# 13 fevral 2007 14:57 (UTC +04:00)
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) təsis etdiyi bayrağın Birləşmiş Millətlər Təşkilatında (BMT) Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı - UNPO tərəfindən Güney Azərbaycan xalqının milli bayrağı kimi qəbul olunması ilə bağlı anlaşılmazlıq yaranıb. Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMEK) Türkiyə təmsilçisi Əlirza Qulunclu APA-ya açıqlamasında Güney Azərbaycanda milli bayrağın olmadığını əsas gətirərək, GAMOH-un UNPO-ya təqdim etdiyi bayrağın İranda yaşayan azərbaycanlılar tərəfindən qəbul edilməyəcəyini deyib: “Güney Azərbaycandakı hərəkat hər hansı lideri olmayan və özündə onlarla təşkilatı birləşdirən bir prosesdir. GAMOH da həmin təşkilatlardan biridir. Bayrağın milli atribut kimi qəbul edilməsi cəhdi gələcəkdə təşkilatlar arasında anlaşılmazlıqlar yarada bilər”. Dünya Azərbaycanlıları Konqresinin Məclis sədri Sabir Rüstəmxanlı isə APA-ya bildirib ki, UNPO-da GAMOH-un bayrağının Güney Azərbaycan xalqının milli atributu kimi qəbul edilməsinin mənfi hal kimi şişirdilməsi Azərbaycanın xeyrinə deyil. O, həmin bayrağın Azərbaycan Respublikasının dövlət bayrağına bənzədiyini və bunun ideya müəllifinin GAMOH lideri Mahmudəli Çöhrəqanlı olduğunu qeyd edib: “Bayrağa ünvanlanan hücumlar, əslində, Mahmudəli Çöhrəqanlıya yönəlib. Ancaq hansısa təşkilat güney məsələsində uğur əldə edibsə, ona yalnız dəstək vermək lazımdır”. GAMOH-un Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Ağrı Qaradağlı isə bayrağın əleyhinə yönələn açıqlamalara əvvəllər də təsadüf edildiyini və bu məsələnin onları narahat etmədiyini deyib: “İranda 30 milyon azərbaycanlı yaşayır. Onlardan mini bunun əleyhinədirsə, bu həmin bayrağın qəbul edilməməsi demək deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR