Bank Of Baku

ADP-nin qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi partiya üzvlərini Nizamnaməyə əməl etməyə çağırıb

ADP-nin qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi partiya üzvlərini Nizamnaməyə əməl etməyə çağırıb
# 13 fevral 2007 16:20 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi son günlər partiya Ali Məclisinin yanvarın 27-də keçirilmiş iclasında qəbul olunmuş qərarların əleyhinə yayılan bəyanatlara münasibət bildirib. APA-nın xəbərinə görə, Təşkilat Komitəsinin açıqlamasında bildirilir ki, “Bakı Xəbər” qəzetində partiyadan qovulmuş bir neçə şəxsin təşkilatçılığı ilə rayon təşkilatlarının və ayrı-ayrı partiya üzvlərinin adından saxta bəyanatlar dərc olunur, həmçinin bəzi partiya üzvlərinin iclas keçirib Ali Məclisin toplantısının çağırılması haqqında təşəbbüs qaldırdıqları qeyd edilir. TK bu iclası təşkil edənləri məhkəməyə verəcəyini, həmin iclasa qatılmış ADP üzvləri haqqında sərt nizamnamə tədbirləri görəcəyini açıqlayıb. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi partiya üzvlərini, yerli təşkilat fəallarını partiyanın Nizamnaməsinə əməl etməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR