Bank Of Baku

ADP-nin MNTK-sı Bəhruz Məmmədovun partiyadan xaric edilməsi ilə bağlı Rəsul Quliyevin təklifinin əleyhinə çıxıb

ADP-nin MNTK-sı Bəhruz Məmmədovun partiyadan xaric edilməsi ilə bağlı Rəsul Quliyevin təklifinin əleyhinə çıxıb
# 13 fevral 2007 16:29 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi bu gün partiyanın ABŞ-da yaşayan sədri Rəsul Quliyevə məktub ünvanlayıb. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Məktubda partiyada yaranmış böhranlı vəziyyətin stabilləşdirilməsi, əlavə gərginliklərin yaradılmaması, konfliktin eskalasiyasının qarşısını almaq üçün partiya liderinə təkliflər verilib.
Bu gün həmçinin ADP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) iclası keçirilib. İclasda partiyanın lideri Rəsul Quliyevin sərəncamı ilə bağlı müzakirələr aparılıb. MNTK üzvləri sərəncamda göstərilənlərin həqiqətə uyğun olmadığını və bu sərəncamın partiyanın parçalanmasında maraqlı olan bəzi şəxslərin R. Quliyevə MNTK haqqında yanlış məlumatlar verməsi əsasında ortaya çıxdığını bildiriblər. MNTK üzvləri partiya Nizamnaməsinə əsasən bu qurumun yalnız partiyanın Qurultayı qarşısında hesabat verməli olduğunu bəyan edib və onun fəaliyyətində hər hansı Nizamnamə pozuntusunun olmadığını vurğulayıblar. İclasda həmçinin MNTK sədri Bəhruz Məmmədova bu qurum üzvlərinin etimad məsələsinə də baxılıb və yekdilliklə ona MNTK sədri kimi etimad göstərilməsi haqqında qərar qəbul edilib.
Xatırladaq ki, ADP sədri R. Quliyev partiyanın MNTK sədri B. Məmmədovun partiya sıralarından xaric edilməsi məsələsinin qurultayda müzakirəsini təklif edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR