Bank Of Baku

Füzulinin işğaldan azad edilmiş ərazilərində ermənilərin yandırdığı və dağıtdığı mədəniyyət müəssisələrinin bərpasına başlanılıb

Füzulinin işğaldan azad edilmiş ərazilərində ermənilərin yandırdığı və dağıtdığı mədəniyyət müəssisələrinin bərpasına başlanılıb
# 14 fevral 2007 08:43 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Füzuli rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov məlumat verib: “Hazırda bir neçə klub və mədəniyyət müəssisəsinin binasında təmir işləri aparılır. Bu ilin birinci yarısına qədər təmir işlərinin başa çatdırılması planlaşdırılır”.
N.Muxtarov deyib ki, müharibədə zərər çəkmiş mədəniyyət müəssisələrinin bərpası barədə qərar ötən ilin avqustunda Mədəniyyət və Turizm Nazirliyində işğal olunmuş rayonların icra hakimiyyətləri və mədəniyyət şöbələrinin rəhbərləri ilə keçirilən regional müşavirədə qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən 1994-cü ilin yanvar ayında Füzuli rayonunun 20 yaşayış məntəqəsi erməni işğalından azad olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR